ATƏT-in baş katibi: Qarabağ münaqişəsinin həlli üçün mövcud danışıqlar formatından tam istifadə etmək lazımdır

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mövcud danışıqlar formatından tam istifadə etmək lazımdır.

Məlumata görə, bunu ATƏT-in baş katibi Lamberto Zanyer Vyanada təhlükəsizlik sahəsində problemin icmalı üzrə illik konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu yaxınlarda baş vermiş toqquşmalar ciddi narahatlıq doğurur: "Münaqişənin nizamlanmasında irəliləyiş lazımdır. ATƏT-in bu məsələdə güclü iştirakı sabitləşdirici rol oynaya bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31