Azərbaycan-Türkiyə münasibətləri müzakirə edilib

Azərbaycan Antalya Egitim Kültür və Dayanışma Dərnəyinin təsisçisi, BDM və Vətənsevərlər Cəmiyyətinin Türkiyə təmsilçisi Aynur Məmmədova Türkiyədə bir sıra rəsmi grüşlər keçirib. Bu barədə "OLAYLAR"-a məlumat verən dərnək sədri deyib ki, belə görüşlərdən biri Antalyanın vali yardımçısı Mehmet Kurdoğlu ilə olub. Görüşdə Azərbaycan-Türkiyə arasındakı mövcud münasibətlər, iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparılıb. Aynur Məmmədova yeni təsis etdiyi dərnək, qarşısına qoyduğu məqsədlər, eləcə də bu günə qədər fərd olaraq gördüyü işlər barədə Mehmet Kürdoğluna məlumat verib. O, da öz növbəsində dərnək rəhbərinin gördüyü işləri təqdir edərək bundan sonra Antalya Azərbaycan Kültür Eğitim və Dayanışma Dərnəyinə hər bir məsələdə dəstək verəcəyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31