Dağlıq Qarabağ münaqişəsi ATƏT-in illik konfransında müzakirəyə çıxarılacaq
28 İyun 2016 11:15 SiyasətBu gün ATƏT-in Vyanadakı baş ofisində təhlükəsizlik sahəsində problemlərlə bağlı illik konfrans işinə başlayacaq.
TASS agentliyinin verdiyi xəbərə görə, üç günlük konfransın xüsusi sessiyası ATƏTməkanında münaqişəli vəziyyətlərə və onların region təhlükəsizliyinə təsirlərinə həsr ediləcək.
Belə ki, Ukrayna, Dağlıq Qarabağ, Dnestryanı münaqişələr konfransın gedişində müzakirəyə çıxarılacaq.
Ukrayna münaqişəsinə dair ayrıca iclas keçirilməsi planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31