Abdulla Qurbanov və Yusif Axundzadəyə Prezidentin fərdi təqaüdünün verilib
24 İyun 2016 18:56 SiyasətPrezident İlham Əliyev Abdulla Qurbanova və Yusif Axundzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncamlar imzalayıb.
Qeyd olunur ki, Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində xidmətlərinə görə Abdulla Novruz oğlu Qurbanova və Yusif Yevgeniyeviç Axundzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31