Bridcet Brink: "Azərbaycan ABŞ-ın vacib tərəfdaşıdır"

Azərbaycan ABŞ-ın vacib tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brink deyib.

O bildirib: "Biz təhlükəsizlik, energetika, iqtisadiyyat sahələrində və demokratiya məsələlərində Azərbaycanla əməkdaşlığı davam etdirəcəyik".

Xanım B.Brink qeyd edib ki, ABŞ kompleks həllə nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi tərəfləri ilə əməkdaşlığa hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31