Əli Qaraxanov "Şöhrət" ordeni ilə təltif edilib
23 İyun 2016 18:41 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Əli Qaraxanovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə Əli Yusif oğlu Qaraxanov "Şöhrət" ordeni ilə təltif edilsin.
Qeyd edək ki, Ə.Qaraxanov "Azneftkimyamaş" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31