Əlövsət Baxşıyev "Şöhrət" ordeni ilə təltif edilib
23 İyun 2016 18:17 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Əlövsət Baxşıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Əlövsət Qəzənfər oğlu Baxşıyev "Şöhrət" ordeni ilə təltif edilsin.
Ə.Baxşıyev 2000-ci ildən Naxçıvan Muxtar Respublikasının Baş naziridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31