Lukyanov: “ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində az maraqlıdır”

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki böyük marağı o deməkdir ki, Rusiya gərginliyin artmasına imkan verməyəcək,tərəfləri dialoqu davam etdirməyə həvəsləndirəcək".

Azadinform xəbər verir ki, bunu "Rusiya Qlobal siyasətdə" jurnalının baş redaktoru Fyodor Lukyanov tert.am saytına müsahibəsində deyib.

Lukyanov bildirib ki, Rusiya sülh prosesinin üzərində nəzarət yaradır, çünki başqa kimsə bunu edə bilmir. O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupuna həmsədr olan digər dövlətlər- ABŞ və Fransanın təhlükəsizliyinə birbaşa təhdid olmadığı üçün onlar münaqişənin həllində az maraqlıdırlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31