Sərkisyanın Qarabağa səfəri təxribatdır
23 İyun 2016 16:59 Siyasət"Sərkisyan Qarabağa gəlməklə mesaj verir ki, referendum məsələsi hələ də onlar üçün önəmlidir və bu "məsələ" həll olunmadan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasından söhbət gedə bilməz". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O, bildirib ki, Sərkisyan Xankəndidəki yerli separatçıları arxayın edir ki, danışıqlarda onun tərəfindən heç bir geri addım yoxdur: "Ümumilikdə isə Sərkisyanın görüşdən dərhal sonra Qarabağa gəlməsi prezidentlərin Paris görüşündən sonra Ermənistan dövlət başçısının oxşar təxribatına bənzəyir. Paris görüşü bitən kimi Ermənistan ordusu işğal altındakı torpaqlarda hərbi təlimlərə başladılar və Azərbaycan hərbçiləri düşmənin helikopterini vurmaq məcburiyyətində qaldılar. Bununla da Sankt-Peterburqda olduğu kimi "bir sıra məsələlərdə irəliləyiş var" deyilən Parisdəki nəticələrin üstündən də yekə bir xətt çəkildi".