Qənirə Paşayeva Estoniyanın baş naziri ilə azərbaycanlı köçkünlərdən danışıb

Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətnin üzvü Qənirə Paşayeva Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Estoniyanın baş naziri Taavi Roivas ilə görüşüb. "Olaylar"ın məlumatına görə, Estoniya baş nazirinin AŞPA üzvləri qarşısında çıxışından sonra onunla görüşən millət vəkili qısa söhbət zamanı baş nazirə 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi , onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır öz ev-eşiyinə dönməsinə imkan verməməsindən danışıb. O, həmçinin, beynəlxalq təşkilatların bu istiqamətlərdə qətnamələrini yerinə yetirməkdən imtina etməsi, ön cəbhədə son vəziyyət barədə məlumat verib. Millət vəkili bildirib ki, Azərbaycanlı köçkünlər Estoniyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə bu məsələyə ciddi diqqət yetiriləcəyini, onların öz evlərinə dönməsi istiqamətində səylərin daha da artacağına ümid edirlər. Q. Paşayeva deyib ki, Azərbaycanlı məcburi köçkünlər öz evlərinə dönmələrini nəzərdə tutan AŞPA qətnamələrin yerinə yetirilməsi istiqamətində Nazirlər Komitəsini Ermənistana təzyiq göstərməyə çağırır və bunu gözləyirlər. Estoniyanın baş naziri Taavi Roivas isə bildirib ki, Avropa Şurası məkanında olan həllini tapmamış münaqişələr onların Nazirlər Komitəsinə sədrliyi dövründə diqqət mərkəzində olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31