Çexiya prezidenti “erməni soyqırımı”nın tanınması üçün parlamentə müraciət edib
23 İyun 2016 16:08 SiyasətÇexiya prezidenti Miloş Zaman ölkə parlamentinə qondarma "erməni soyqırımı"na dair qətnaməninin müzakirəsi üçün müraciət edib. "Olaylar" xəbər verir ki, bu barədə erməni mətbuatı "Onəşrinə istinadən məlumat yayıb. "İyunun 22-də Zeman Çexiya Deputatlar Palatasının sədri Yan Hamaçeki qəbul edib. Prezident Deputatlar Palatasında qondarma "soyqırım"a dair qətnamə layihəsinin müzakirəsini tövsiyə edib", deyə nəşr prezidentin mətbuat xidməti Yirj Ovçaçekə istinadən yazıb. Qeyd edək ki, Zeman iyunun əvvəlində İrəvana rəsmi səfəri zamanı "erməni soyqırımı"nın tanınması üçün parlamentə müraciət edəcəyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31