Ermənilər millətçi faşist ideologiyasına, irqi ayrıseçkiliyə xidmət edir

Azər Badamov: ""Ermənin ideologiyası tarixən faşizm ideologiyası olub"

"Minlərlə insanın qanına əli bulaşmış bir şəxsi qəhrəman kimi dünyaya təqdim edəcəkləri də gözləniləndir"

Ermənistan yenı öz mahiyyətini, terrorçu, qaniçən bir ölkə olduğunu dünyaya bir daha sübuta yetirdi. Belə ki, bir müddət əvvəl Ermənistanda faşist Almaniyasının lideri, yüz minlərlə insanın ölümünə səbəb olmuş Adolf Hitlerin əlaltılarından biri Qaregin Njdeyə paytax İrəvanda heykəl ucaldıldı. Maraqlı məqam ondan ibarətdir ki, qaniçən terrorçunun abidəsinin ucaldılması hansısa ictimai təşkilat, bələdiyyə, yaxud bir başqa bir qurum tərəfindən deyil, məhz dövlət səviyyəsində reallaşdırılıb. Hətta abidənin açılış mərasimində Ermənistan prezidenti Serj Sərkisyan da iştirak edib. Düzdür, bir çoxları hesab edir ki, Ermənistan bu addımı ilə bir növ Rusiyada qıcıq yaratmaq istəyir. Amma əsas reallıq ondan ibarətdir ki, işğalçı ölkə faşizm ideologiyasına xidmət edən birinə heykəl ucaltmaqla əslində özünün də bu ideologiyaya xidmət etdiyini ortaya qoyur. Elə əksər ekspertlər də bu qənaətdədirlər.

Millət vəkili Azər Badamov bildirib ki, İrəvanda Qarigen Njdeyə heykəl qoyulmasında qeyri-adi bir şey görmür. Onun sözlərinə görə, Ermənistanda hakimiyyətdə olan rejim, başda Serj Sərkisyan olmaqla faşizm siyasətini yürüdənlərdir: "Onlar məhz terrorlar, soyqırımlar törətməklə hakimiyyətə gəlib. Ermənistanda tarixi torpaqlarımızdan yaşayan soydaşlarımızı deportasiya edən, Qarabağ torpaqlarında əli qana bulaşmış soyqırımlar həyata keçirən, BMT-nin və beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymayaraq torpaqlarımızı 23 il işğal altında saxlayan faşist bir reimin Njdeyə heykəl qoyulması gözləniləndir. Gələcəkdə həm də, faşist Hitlerin istəklərini reallaşdırmaq üçün minlərlə insanın qanına əli bulaşmış bir şəxsi qəhrəman kimi dünyaya təqdim edəcəkləri də gözləniləndir". Millət vəkili heykəlin 9 may Qələbə Günündən iki həftə sonra qoyulması və açılış mərasimində Sərkisyanın da iştirak etməsini İrəvanın bir növ Rusiyaya dirsək göstərməsi də hesab edir: "Təbii ki, ermənilər müharibədə heç vaxt SSRİ-nin qalib gəlməsini istəməyiblər. Hətta xüsusi erməni batalyonları yardaraq minlərlə insanı qətlə yetirməklə faşist rejimi ilə bir yerdə vuruşduğunu təstiq edən çoxlu faktlar üzə çıxmışdır. Bu , bir daha onu göstərir ki, ermənin ideologiyası tarixən faşizm ideologiyası olmuşdur. Heykəlin 9 May bayramından sonra açılışının olması və açılış mərasimində prezident Serj Sərkisyanın şəxsən iştirakı da onun özünün faşist ideologiyasından irəli gəlir və təbii ki, Rusiyaya dirsək göstərməsi kimi sayıla bilər. Həm də Rusiya siyasətçiləri İrəvanda Njdeyə heykəlin ucaldılmasını pisləmiş və Ermənistanın bu hərəkətini başa düşülən olmadığını bildirmişdir". Azər Badamov hesab edir ki, bu, həm də Ermənistanın bütün sivil dünya qarşısında faşizm ideologiyasına, irqi ayrıseçkiliyə yol verdiyinin göstəricisidir: "Burada Ermənistanın hərəkətlərində bir yenilik görmürəm. Çünki, hamı bilir ki, ermənilər millətçi faşist ideologiyasına, irqi ayrıseçkiliyə xidmət edir. Məhz belə hərəkətlərin nəticəsidir ki, Ermənistan monoetnik ölkəyə çevrilmişdir". Millət vəkili bildirib ki, mütərəqqi dünya, nasizm və irqi ayrıseçkiliyə qarşı mübarizə aparan ölkələr Ermənistana qarşı konkret addımlar atmalıdırlar: "Çox təəsüflə qeyd etmək istəyirəm ki, qeyd etdiyiniz mütərəqqi dünyada nasizm və irqi ayrıseçkillik meylləri güclənməkdədir. Üzdə nasizmə və irqi ayrıseçkiliyə qarşı olduğunu göstərən ölkələrin özləri ikili standartlara xidmət edir. Müsəlman dünyasına qarşı ksenofobiya və irqi ayrıseçkilik halları güclənməkdədir. Bunu biz Avropanın inkişaf etmiş ölkələrində, Amerika ölkələrində tez-tez müşahidə edirik. Yəni, müsəlman mənşəli miqrantlara qarşı münasibətdə, ictimai yerlərdə müsəlmanlara qarşı yönələn ədalətsizliklərin təkrar olunmasında, İslam dininin inanc yerlərinin dəfələrlə təhqir olunmasında biz bunun şahidi oluruq. Belə bir vəziyyəti görə-görə heç vaxt deyə bilmərəm ki, hər hansı sivil siyasət yürüdən ölkə Ermənistanın millətçi faşist və irqi ayrıseçkilik siyasətinə qarşı müstəqil hər hansı addımı atsın. Əgər belə bir hərəkət edəcəkləri olsaydı Azərbaycana qarşı yönəlmiş faşizm siyasətinə qarşı və haqq ədalətin bərpası istiqamətində BMT-nin qətnamələrinin icrası istiqamətində hər hansı hərəkətini görərdik. Çox təəsüf ki, bu baş vermir. Amma, biz bununla razılaşıb oturmalı deyilik. Həmişə, iştirak etdiyimiz hər bir beynəlxalq tədbirdə Ermənistanın işğalçılıq və faşist siyasətini pisləməli və haqq ədalətin bərpası istiqamətində beynəlxalq ictimaiyyətinin cəlb olunmasına hamılıqla çalışmalıyıq. Məhz belə olan halda dünya ölkələri Ermənistanın siyasətinə qarşı hər hansı bir addımı ata bilərlər".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31