Türkiyənin uğurları tək siyasi həyatda deyil, idmanda da avropalıları qıcıqlandırır
23 İyun 2016 14:15 Siyasət"İtaliya yığmasının İrlandiya millisinə uduzmasından sonra Türkiyə növbəti play-off mərhələyə keçə bilmədi. Əlbəttə ki, İtaliya oyunu irlandlara təhvil verdi". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, məğlubiyyət İtaliya yığmasını narahat İspaniya ilə qarşı-qarşıya gətirəcəkdi: "italiyalılar bunu etdilər. Görünür, Türkiyənin uğurları tək siyasi həyatda deyil, idmanda da avropalıları qıcıqlandırır. Olaya bir neçə tərəfdən qiymət vermək olar. Biri, dini baxımdan dəyərləndirəcəyəm. Dünyada baş verənlərin kökündə ilk növbədə dini, sivilizasiya amili ilk yeri tutur. Türkiyə İslam dünyasında lider yeri tutan futbol dövlətidir. Onun bu üsulla Avropanın ən fundamental xristian cərəyanlı və Vatikanı bətnində qoruyan İtaliya tərəfindən "çıxdaş" edilməsi maraqlı faktdır. Türkiyənin 50 ildən artıq dövrdə Avropa Birliyinə "buraxılmaması" da bu qəbildən olan hadisədir. Xristian klubu sayılan AB Türkiyə kimi nəhəng müsəlman dövlətindən açıq şəkildə çəkinir. Son günlər qardaş Türkiyə mətbuatında AB ilə inteqrasiyaya son verilməsi ilə bağlı referendumun keçirilməsinə dair fikirlər ayaq almağa başlayıb. Bu ideyanı cümhurbaşqanı Ərdoğan da dilə gətirib. Bütün bu hadisələrin fövqündə bir həqiqət yer alır. Güc olmaq lazımdır. Türkiyə bu yolda addımlayır. Bütün sahələrdə olmalı kimi, futbolda da Türkiyə yığması ümüdünü başqasına deyil, öz imkanına bağlamalıdır. Əgər əvvəlki turlarda yığmamız xal ala bilsəydi, başqasından asılı vəziyyətdə olmazdı". Partiya sədri deyib ki, Türkiyə ilə əlaqəli münasibət biz Azərbaycana da aiddir: "Ən azı Dağlıq Qarabağ probleminin həllində müsəlman-xristian ayrıseçkiliyini aşkar şəkildə görürük. Biz nə qədər tolerantlıq, multikultiralizm terminlərinə müraciət etsək də, Qərb praqmatizmi öz işindədir".