Prezident İlham Əliyev Azər Qasımovu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib
23 İyun 2016 13:43 SiyasətPrezident İlham Əliyev A.M.Qasımovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azər Məhəmməd oğlu Qasımov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31