Malena Mard: “Strateji tərəfdaşlığa dair danışıqlar üçün mandatın verilməsi üzərində işləyirik”
23 İyun 2016 12:47 Siyasət"Biz Azərbaycanla strateji tərəfdaşlığa dair danışıqların aparılması üçün mandatın verilməsi üzərində işləyirik".
Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, bununla bağlı bir sıra araşdırma səfərləri olub: "Bildiyiniz kimi, bu mandat Aİ-yə üzv ölkələr tərəfindən verilməlidir. Bu proses hazırda davam edir".
M. Mard mandatın oktyabrda verilə biləcəyi ilə bağlı Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin açıqlaması barədə heç nə deyə bilməyəcəyini söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31