İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib
22 İyun 2016 18:44 SiyasətPrezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təbrik məktubu ünvanlayıb.
Tərikdə deyilir:
"Ölkənizin milli bayramı - Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Belə bir bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31