Müdafiə nazirləri Batumidə bir araya gələcəklər
22 İyun 2016 17:51 SiyasətGürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin növbəti görüşü iyulun sonunda, avqustun əvvəlində Batumi şəhərində keçirilə bilər. Məlumata görə, bunu Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli deyib. O bildirib ki, hər üç dövlətin müdafiə nazirlikləri qarşıdakı görüşdə imzalanacaq Memorandum üzərində işləyiblər: "Türkiyədə müdafiə nazirinin dəyişdirilməsi görüşümüzü bir az gecikdirib. Biz planlaşdırırdıq ki, iyulun əvvəlində bu tədbir baş tutsun, lakin görüş iyulun sonunda və ya avqustun əvvəlində Batumidə olacaq. Görüşdə Memorandum imzalayacağıq. Biz bütün məsələləri birlikdə həll etməyə cəhd göstəririk".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31