Sankt-Peterburq  gözləntiləri baş tutacaq

Komitə sədri: "Ermənistanı sülhə razı salmaq mümkün olacaq"
 

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən sonra cəmiyyəti bir sual maraqlandırır: Rusiya prezidentinin və həmsədrlərin səyləri müsbət nəticə verəcəkmi? Əksər siyasi ekspertlərin qənaəti ondan ibarətdir ki, həmsədrlərin, xüsusilə də, Rusiyanın ciddi səyləri nəticəsində Ermənistanı qeyri-konstruktivlik mövqeyindən çəkindirmək və sülhə razı salmaq mümkün olacaq. Çünki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərində görüşü hər iki ölkədə, eyni zamanda Dağlıq Qarabağ məsələsinin həllində maraqlı olan dairələrdə böyük maraqla qarşılanıb. Əks halda, ümumi razılığa gəlinmiş intensiv danışıqların məzrası istiqamətini dəyişə bilər. Yəni, əgər Ermənistan yenidən qeyri-konstruktiv mövqe göstərərsə və yaxud danışıqları uzatmaq siyasəti yeridərsə, onda Azərbaycan artıq növbəti addımlar haqqında ciddi düşünməli olacaq. Bu barədə Azərbaycan tərəfi artıq dəfələrlə bildirib. Azərbaycanın mövqeyi birmənalıdır. Heç bir halda Azərbaycan öz torpaqlarının bir qarışını da Ermənistana güzəştə getməyəcək. Millət vəkili Eldar İbrahimov bildirib ki, Azərbaycan hər zaman problemin həllində sülh danışıqlarına üstünlük verib: "Hər birimizin ən böyük və ən ülvi arzusu, istəyi, başlıca məqsədi ümummilli dərdimiz olan Qarabağ probleminin nəhayət, çox yaxın zamanlarda sülh və və danışıqlar yoluyla ədalətli həllini tapmasıdır. Münaqişə başlayandan, xüsusilə, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra, o cümlədən, ölkə Prezidenti İlham Əliyevin 13 illik hakimiyyəti dövründə də məhz bu varianta-problemin sülh və danışıqlar yolu ilə həlli variantına üstünlük verilib". "İşğala, təcavüzə, haqsızlığa məruz qalan ölkə olsaq da, qarşı-işğalçı tərəfdən fərqli olaraq hər zaman da sülhpərvərlik mövqeyindən çıxış edilib"- deyən komitə sədri bildirib ki, lakin Azərbaycanın bu xoşməramlı, sülpərvər mövqeyi təcazükar Ermənistan dövləti və rəhbərliyi tərəfindən düzgün qiymətləndirilməyib, münaqişənin həllində daim qeyri-konstruktivlik nümayiş etdirilib, stastus-kvonun dəyişilməməsi, qorunub-saxlanılması mövqeyindən çıxış edilib, eyni zamanda, münaqişəsinin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Mİnsk qrupu və onun həmsədrlər institutu da ötən 24 il ərzində istənilən fəaliyyəti ortaya qoymayıb, yaxud, qoymaq istəməyib: "Əksər hallarda isə hətta,vasitəçilik missiyasına daban-dabana zidd mövqedən çıxış edilib, təcavüzkara, işğalçıya təzyiq-təsir göstərmək, onun yerində oturtmaq əvəzinə, Azərbaycanı güzəştə getməyə məcbur etməyə cəhd göstərilib, işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmayıb. Onların bu mövqeyi də haqlı olaraq zaman-zaman Azərbaycan prezidenti, ölkə rəhbərliyi, bütövlükdə ictimaiyyət tərəfindən kəskin etirazla qarşılanıb, sərt tənqid olunub. Hətta, zaman-zaman bu formatın ləğvi, vasitəçilik missiyasının dayandırılması məsələsi də gündəmə gəlib. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan dövləti yenə də münaqişənin qansız-qadasız, sülh və danışıqlar yolu ilə həlli variantını üstün tutub, hər zaman sülh, danışıqlar limitinin tükənmədiyinə ümidini itirmədiyini ortaya qoyub". E. İbrahimovun dediyinə görə, artıq dünya da bunu qəbul və etiraf etmək məcburiyyətindədir ki, Azərbaycanın bu cür xoşməramlı, sülhpərvər mövqeyi qarşılığında Ermənistanın və onun havadarlarının qeyri-konstruktiv mövqeyi üzündən münaqişə ədalətli həllini tapa bilmir: "Ancaq yuxarıda da dediyim kimi, Azərbaycan bütün hallarda səbr, praqmatizm, humanizm nümayiş etdirərək münaqişənin sülhlə həllində israr edir, buna çalışır və bu siyasət də artıq öz nəticələrini vermək ərəfəsindədir. Belə ki, bir müddət öncə Avstriyanın paytaxtı Vyanada keçirilən görüşdə artıq beynəlxalq birliyin, həmsədr dövlətlərin Ermənistanın şıltaqlığına və cığallığına dözümü qalmadığı özünü nümayiş etdirdi. Bu günlərdə isə Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutan ikitərəfli və üçtərəfli görüşdə də münaqişənin danışıqlar yolu ilə həlinə doğru istiqamətlənmiş mövqenin, siyasi iradənin olduğu, buna cəhd göstərildiyi üzə çıxmış oldu. Yəni, artıq hadisələrin gedişatı onu deməyə əsas verir ki, ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə də, Rusiya, prezident Vladimir Putin münaqişənin tezliklə həllinə dair ciddi iradə nümayiş etdirirlər. Sevindirici bir məqam da odur ki, artıq münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Ermənistan da bunu qəbul etmək, anlamaq, hesaba almaq məcburiyyətindədir. Çünki Ermənistanın bunu qəbul etməkdən, konsrtiktiv mövqeyə gəlməkdən, münaqişənin həllində illərdən bəri nümayiş etdirilən - yumşaq şəkildə desək, cığallığı bir tərəfə qoyub praqmatik mövqedən çıxış etməkdən başqa yolu qalmır. Aprel əməliyyatları və ondan sonra yaşananlar Ermənistana acı ibrət dərsi oldu və olmalıdır. Onlar nəhayət, anlayır və anlamaq məcburiyyətindədirlər ki, artıq nə beynəlxalq birliyin, nə də 28 ildir açılar yaşayan Azərbaycan xalqının səbri qalıb. Odur ki, Ermənistan ya yenidən müharibə variantına getməli, bu isə onlar üçün bütövlükdə və birdəfəlik məhv deməkdir, ya da, münaqişənin həllində konstriktivlik nümayiş etdirməlidir. Onların başqa yolu yoxdur, gec-tez konstruktiv mövqeyə gəlmək, münaqişənin ədalətli həlinə razılıq vermək məcburiyyətindədirlər. Qeyd etdiyim kimi də artıq Sankt-Peterburq görüşündən sonra da bunun ilkin işartıları görünməkdədir. Hesab edirəm və inanmaq istəyirəm ki, nəhayət gözləntilərimiz baş tutacaq, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, xüsusilə də, Rusiyanın ciddi səyləri nəticəsində Ermənistanı təcavüzkarlıq, qeyri-konstruktivlik mövqeyindən çəkindirmək və sülhə razı salmaq mümkün olacaq. Yəni, Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin apardığı səbrli, prqamatik, düşünülmüş siyasət öz müsbəıt nəticəsini verəcək".
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31