Sankt-Peterburq görüşü
22 İyun 2016 13:13 SiyasətUğurlu prosesin mühüm həlqəsi
Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün üstündən artıq bir neçə gün keçsə də, lakin bu istiqamətdə müzakirələr hələ də davam edir. Ümumi mənzərə ondan ibarətdir ki, artıq beynəlxalq birlik, münaqişənin həllini öz üzərinə götürən ATƏT-in Minsk Qrupu, xüsusilə də Rusiya Federasiyası Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi şəkildə çalışır. Hər halda aprel döyüşləri zamanı atəşkəs xahişinin Rusiya tərəfindən gəlməsi, eləcə də son Sankt-Peterburq görüşü belə deməyə əsas verir. Elə əkər siyasilər də bu qənaətdədirlər.
Milli Məclisin deputatı Zahid Oruc deyir ki, Qarabağ danışıqları heç zaman region və kənar dövlətlər tərəfindən indiki qədər böyük diqqətə və marağa səbəb olmayıb: "Hər halda on illər ərzində işğala əsaslanan status-kvonu qoruyub saxlamaq məqsədilə çarın adını daşıyan şəhərə yollanan Sərkisyanın bir məqsədi, digər ölkələrin isə ayrı hesabı vardı. Elə isə Putin mühüm beynəlxalq forumun davamı olaraq iki ölkə başçısını Piterə nə üçün dəvət etmişdi? Onsuz da Sergey Lavrov vasitəsilə Rusiya bütün danışıqlara nəzarət edir və hər gün Kerrinin telefon zənglərinə cavab verən rus xarici siyasət idarəsinin rəhbəri Amerikanın Qarabağa artan marağının nədən qaynaqlandığını yaxşı bilir. Cavabı son ayların hadisələrində axtarmaq lazımdır. Yəni,Vyana danışıqlarına razılıq verən Moskva 4 günlük müharibədən sonra Qərbin hərəkətə keçdiyini və təşəbbüsü ələ almağa çalışdığının fərqindəydi". Millət vəkilinin sözlərinə görə, erməni versiyasından çıxış edib son vəziyyəti daha yaxşı izah etmək olar: "Belə ki, Moskva və Bakı öz aralarında məlum hərbi-siyasi yaxınlaşmanı dərinləşdirməklə "mərhələli hərbi həll" yolunu seçiblər və razılaşdırılmış müharibə Qərbi regiondan kənarda qoymağa hesablanıb. Ona görə də Vaşinqtondan baxıb görəndə ki, Putin müharibəni istədiyi ssenari üzrə inkişaf etdirə bilər və belə olanda Avropaya açılan bütün keçmiş-indiki transmilli layihələr zərbə altına düşər, onda Obamanın məsləhətçiləri çalışdılar ki, erməni-azərbaycanlıları rus layihəsindən çıxarsınlar. Bütün hallarda, Putin 5 apreldə müharibənin yeni dalğasını dayandırıb siyasi təşəbbüsü əbədi rəqiblərinə verə bilməzdi. Doğrudur, Sankt-Peterburq Qarabağa Vyanadan bir köynək daha yaxındır. Onsuz da Avstriya görüşləri ilə Sankt-Peterburq danışqlarını bir-birinin davamı saymaq olmaz. Çünki 4 günlük müharibədən sonra Qafqaz uğrunda gedən mürəkkəb diplomatik-siyasi davanın gücləndiyini görə bilərik". Zahid Oruc deyib ki, hazırda Moskva və Bakı arasında tarixdə heç zaman olmayacaq qədər yaxşı münasibətlər hökm sürdüyündən və əksinə, ermənilər son yüz ildə ruslarla ən pis duruma gəlib çatdığından İlham Əliyev danışıqların məhz belə bir müstəvidə Azərbaycana xeyir verəcəyinə ümid bəsləyirdi: "Əslində hərbi-status kvo dəyişib və onu siyasi cəhətdən tamamlamaq lazımdır. Ona görə prezdient İlham Əliyev 4 günlük savaşın nəticələrindən və danışıqların aparıldığı gün 25 minlik silahlı kontingentin təlimlərindən keçərək Peterburqa yola düşmüşdü. Razılaşın ki, təkcə mənəvi-psixoloji baxımdan deyil, həmçinin danışıqlarda ordunun gücünü real ortaya qoymaq, onu həlledici faktora çevirməyi bacarmaq üçün bunlar çox mühüm hüquqi-siyasi məsələlərdir. Əvəzində qarşı tərəf haqda bunları söyləmək olmaz. Serj Sərkisyan ağır Peterburq danışıqlarına 5 generalın-Qarabağın ələ keçirilməsində iştirak edən və özlərini hakimiyyətdə olmağa haqlı sayanların başını vurmaqla, siyasi və hərbi qüvvələr arasında dərin münaqişə ilə, ən sonda başqa bir müxalif döyüşçü qəhrəman Jirayr Səfilyan və onun tərəfdarlarını həbs etməklə getməyə məcbur olmuşdu. Lakin erməni prezident rus liderindən Azərbaycana satılmış silahların Qarabağda istifadəsinin yolverilməzliyi bəyanatını, aprel döyüşlərinin məsuliyyətini və Lələtəpədən geri durmaq əmrini eşitmək istəyərdi. Hər halda müttəfiqliyin tarixi və hazırkı birgə ittifaqlarda olmağın məntiqi bunu tələb edirdi. Ancaq Sərksiyanın bütün sadəlövh gözləntisinin ziddinə olaraq Putin Azərbaycanı qınamadı, əksinə İlham Əliyev elə salamlama nitqində dərhal işğaldan və onun ortadan qaldırlmasından danışdı. Ona görə də Sankt-Pterburq görüşünün məxfi xarakterinə rəğmən onun uğurlu bir prosesin mühüm həlqəsi saymaq istərdim/". Millət vəkilinin qənaətincə, Rusiya Qarabağ münqişəsindən indi külli miqdarda ziyan çəkdiyini yaxşı başa düşür: "Bütün Qərb kompaniyalarını regiona məhz münaqişəli vəziyyət gətirdi. Üstəlik.Qarabağ hərbi cəhətdən Qərbin Rusiya sərhədlərinə yaxınlaşmasının ən yaxşı yoludur. O cümlədən.Şimali Qafqazı destabilə etmək üçün mühüm platsdarm məhz Azərbaycan ərazisində belə hərbi gərginlik mənbəyini saxlamaqdır. Biz hələ şimal-cənub strateji nəqliyyat arteriyaları üzərində Cəbrayılda, Füzulidə bir neçə yüz erməninin ucbatından Rusiyanın itirdiyi milyardları da ziyanların siyahısına əlavə etsək. sanksiyalrın vurduğu zərbədən daha böyük itkilərin alındığına əmin olarıq. Ona görə Putin planını əngələmək və onun Qafqazdakı sülhpərvər missiyasına ziyan vurmaq, regionu himayə edə biləcək yeganə gücün NATO olacağını qələmə vermək üçün Sankt-Peterburqdakı danışıqların məxfi detalları Qərb üçün çox önəmlidir. Onlar tərəfləri öz orbitlərinə çəkmək üçün hər cür şirnkiləndirici təkliflər gətirməyə hazırdılar. Hər halda 90-cı illərdə bu xaqlardan bir çoxunu ruslarla vuruşdurub bunun böyük faydasını götürüblər. Lakin prezidentlik müddəti sona çatmaqda olan Obamanın iki dövlət başıçısı ilə birgə görüşə 8 ildə zaman tapmaması fonunda Putin yeganə xilaskara çevrilir. Çox yaxın günlərdə yenidən Avropa paytaxtlarına yığışıb Qarabağı müzakirə edəcək diplomatların hamısı bilir ki, Moskva ilə razılaşmadan hərəkət edə, hər hansı sülh sazişini icra etmək üçün qoşun birləşmələri yarada bilməzlər. Bizim düşüncələrimizdə son 20 ilin gətirdiyi dəyişiklik bundan ibarətdir. Məhz ona görə də Sankt-Pterburqda mərhələli hərbi həll planı üzərində gizli planların razılaşdırıldığına daha çox inanıram. Bəli. söhbət mərhələi sülhdən getmir. Azərbaycan Rusiyanın fəallığı və bölgənin təhlükəsizliyi üçün dəyişikliklər etmək planlarına qarşı deyil. Ona görə prezidentin keçmiş sovet şəhərindən inamlı qayıtdğını görməmək mümkün deyil".
Süleyman