Azərbaycan prezidenti Nardaranda olub
21 İyun 2016 12:40 Siyasət"Azərbaycan prezidenti İlham Əliyevbu gün Nardaranda olub".
Məlumata görə, bunu bu gün "Azərbaycan RespublikasındaDini Qurumlarla İş üzrə Dövlət Komitəsi-15: Dünən, bu gün və sabah" mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
QMİ sədri bildirib ki, dövlət başçısı Nardaran sakinləri, dindarlarla görüşüb: "Dövlət başçısı həmişə əhalinin, o cümlədən dindarların problemlərinə həssaslıqla yanaşıb. Bu səfər də bunun bir nümunəsidir. Biz də dövlət başçısı ilə birlikdə Nardaranda olduq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31