Sankt-Peterburq görüşünün müsbət nəticələri ola bilər
21 İyun 2016 12:27 SiyasətRusiya prezdenti Vladimir Putinin təşəbbüsü ilə iyunun 20-də Sankt-Peterburq şəhərində baş tutan prezdentlərin üçtərəfli görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həlledici rol oynaya bilər. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Azər Badamov səsləndirib. O, bildirib ki, görüş öncəsi də Rusiya prezidentilə ikitərəfli görüşündə dövlət başçısı cənab İlham Əliyev görüşməkdə məqsədimizi tam və aydın şəkildə ortaya qoydu: "Xüsusilə qeyd etdi ki, məsələnin həllinin yeganə yolu torpaqların işğaldan azad olunmasıdır. Üçtərəfli görüşdə ümumi razılığın əldə olunması münaqişənin həllində Rusiyanın qərarlı olduğunu göstərir. Ona görə də, Sankt-Peterburqda üçtərəfli formatda keçirilən danışıqların yaxın gələcəkdə müsbət nəticələri ola bilər".