Yerevan prezidentlərin görüşündən razı qaldı
21 İyun 2016 11:58 Siyasət"Bu günkü görüş kifayət qədər faydalı və bir qədər ehtiyatla da demək olsa, konstruktiv atmosferdə keçib".
Ermənistan KİV-i xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Edvard Nalbandyan Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünü dəyərləndirərkən deyib.
Xatırladaq ki, 20 iyunda baş tutan görüşdən sonra İlham Əliyev, Serj Sarkisyan və Vladimir Putin Qarabağla bağlı birgə bəyanat yayıblar və təmas xəttində ATƏT müşahidəçilərinin saytının artırılması barədə razılıq əldə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31