Sankt-Peterburq görüşündə diqqət çəkən 3 məqam
21 İyun 2016 11:56 SiyasətAzərbaycan və Ermənistan prezidentlərinin aprel dyüşlərindən sonra sayca ikinci görüşü baş tutdu. Rusiyanın vasitəçiliyi ilə Sankt-Peterburqda bir araya gələn prezidentlər danışıqlar prosesinin davam etdirilməsi barədə ümumi razılığa gəliblər. "OLAYLAR"-ın xəbərinə görə, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Rusiyanın Sankt-Peterburq şəhərində Dağlıq Qarabağ probleminin həlli üzrə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticəsi olaraq üç məqamın diqqəti cəlb etdiyini söyləyib: "Birincisi, Azərbaycan Prezidenti cənab İlham Əlliyev görüşdən əvvəl problemin həllində əsas məsələnin Ermənistanın Azərbaycan torpaqlarının işağlına son qoyulması olduğunu bildirdi. İkincisi, görüşün nəticəsi olaraq bir sıra məsələlərdə anlaşma əldə olunduğunu bəyan etdilər və növbəti görüşlərin də bu formatda ( üç ölkə prezidentinin iştirakı ilə) keçirilməsi barədə razılığa gəldilər. Nəhayət, üçüncüsü, hər üç ölkənin xarici işlər nazirləri görüşdən razı qaldıqlarını bilidirdilər".