Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü başlayıb

Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü başlayıb.

Rusiya bürosunun məlumatına görə, görüş Peterburqun Konstantinov Sarayında keçirilir.

Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və  ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər.

Bundan əvvəl isə V. Putin Azərbaycan və Ermənistan rəhbərləri ilə ayrılıqda görüşlər keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31