Avropa İttifaqı Nazirlər iclası keçiriləcək

İyunun 20-22-i tarixlərində Niderland Krallığının Rotterdam şəhərində Trans-Avropa Nəqliyyat Şəbəkələri (TEN-T) günləri çərçivəsində Avropa İttifaqı Nazirlər iclası keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, iyun ayının 21-də baş tutacaq, Avropa Komissiyası və Avropa İttifaqı Şurasının birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə Trans-Avropa Nəqliyyat Sisteminin inkişafı, TEN-T şəbəkəsinin genişləndirilməsi, Şərq Tərəfdaşlığı Nəqliyyat Paneli çərçivəsində nəqliyyat bağlantılarının möhkəmləndirilməsi, bu istiqamətdə mövcud maneələrin aradan qaldırılması, müxtəlif nəqliyyat daşımalarında etibarlılıq və təhlükəsizliyin artırılması imkanları və digər məsələlər müzakirə olunacaq. Tədbir zamanı həmçinin, Avropa İttifaqı qonşuluq dövlətlərində nəqliyyat bağlantılarının təkmilləşdirilməsinə dair Strateji Sənəd, baxılması üçün iştirakçı dövlətlərə təqdim ediləcək. Müzakirələrdə nəqliyyat nazirinin müavini cənab Musa Pənahov da iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31