Millət vəkilini şantaj edənlərin məqsədi nədir?

Yaxud 4 il əvvəl baş vermiş yol qəzasının yenidən qabardılmasının pərdəarxası siyasi məqamları

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev yenidən medianın gündəmindədir. Səbəb isə 2012-ci ildə millət vəkilinin oğlunun törətdiyi yol qəza hadisəsidir. Məlum olaydan 4 il keçməsinə və cinayət işinin başlanmasına baxmayaraq bu gün hansısa maraqlı dairələr yenidən həmin hadisəni qabardaraq bəzi KİV-lərdə millət vəkili barədə mənfi rəy formalaşdırmağa çalışırlar. Elə bütün bunları əsas götürən Fərəc Quliyev son zamanlar bəzi mətbu orqanlarda onun barəsində yanlış təəsürat yaradan yazılar getdiyindən sözügedən məsələ ilə bağlı geniş bir açıqlama ilə çıxış etmək məcburiyyətində qalıb. Fərəc Quliyev qeyd edib ki, millət vəkili olaraq 2012-ci ildə baş vermiş bir qəza ilə bağlı şantaja məruz qalıb və göründüyü qədər bu hələ də davam edir: "Nəzərinizə çatdırım ki, 2012-ci ildə Azərbaycanda NATO generallarının tədbiri keçirilirdi. Onları müşayət etmək üçün hərbi personal və xidməti avtomobillər ayrılmışdı. 14 noyabr 2012-ci ildə Sülhməramlı taborda idman rəsi kimi xidmət edən oğlum Türkel Fərəcoğluna da NATO zabitlərinə xidmət üçün avtomobil təhkim edilmişdi. NATO zabitlərini axşam saatlarında müvafiq yerə qoyub, avtomobillər hərbi hissəyə qayidan zaman işıqfor, piyada keçidi olmayan bir halda piyada qəflətən kartejdə oğlum Türkel Fərəcoğlunun idarə etdiyi avtomobilin qarşısına çıxmış, piyadanın təqsiri üzündən qəza baş vermişdi. Türkel yaraliya ilk tibbi yardım göstərib respublka klinik xəstəxanasına çatdırıb. (Şantajçı isə bunu ərizəsində fərqli təqdim edir) Təyin edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Türkel Fərəcoğlunun hərəkətlərində "Yol Hərəkəti Haqqinda" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmayıb. Faktla bağlı Türkel Fərəcoğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilib". Millət vəkili daha sonra qeyd edir ki, 2013-cü il Prezident seçkiləri ərəfəsində Azərbaycana qarşı formalaşdırılmış Milli Şura və milyaderlər ittifaqına qarşı ciddi ifşaedici çıxışlar etdiyi zaman "5-ci kolon" tərəfindən onun mövqeyinə təsir etmək üçün bəzən sosial şəbəkələrdə anonim adlar altında hədələr, bəzən emissarları vasitəsilə xahişlərlə üzləşib: "Bu dönəmdə "5-ci kolon" numayəndələrindən biri mənimlə görüşmək cəhdində oldu, oğlumun qəza məsələsinə şantaj predmeti kimi işarə etdi. Mən isə ona -"qanuni araşdırma aparılıb , bu və başqa hər hansı məsələ ilə bağlı görüşmək istəmirəm" cavabı ilə görüş təklifini rədd etdim. Buna qədər xəsarət alan Süleymanova Afaqın atası İsa İsayev Fərəcoğlu Türkelin günahkar olmadığını, buna baxmayaraq qızına hər cür kömək etdiyimizi minnətdarliqla qarşılayırdı. Polis idarəsində Türkelin günahı olmadığından şikayəti olmaması ilə bağlı ərizə də vermişdi. Mən görüşü rədd

etdikdən sonra şikayətlər dalğası başladı. İkinci dəfə yeni bir istintaq başladıldı. Buna heç bir əsas olmasa da, mən heç bir qaranlıq məqamın qalmaması üçün bir daha istintaqın aparılmasından nəinki şikayət etmədim, həm də xəsarət alan tərəfin mümkün olan bütün təfərruatla tanış olmasını arzuladım. Çünki , bu adamlardan siyasi şou düzəltmək üçün istifadə olunmasının fərqində idim. İkinci araşdırma zamanı da cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edildi. Bu ərköyün "xəsarət alan tərəfin" şikayətləri ilə hərbi prokurorluq tərəfindən də araşdırma aparılmış, faktla bağlı Türkel Fərəcoğlunun əməlində cinayət tərkibi olmadIğIndan cinayət işinin başlanmasI rədd edilməsi haqda qərar verilmişdi. Mənim yeni təhqiqata etiraz etməməyimdən ruhlanan şantajçılar 100 000 (yüz min ) manat mənəvi və.s təzminat istəyi ilə mülkü qaydada da Səbail məhkəməsinə müraciət etmiş, Səbail məhkəməsi işə baxıb və heç bir əsası olmayan bu iddianı rədd etmişdi. İndi isə bizdən 20000 (iyirmi min ) evro umduqları başbilənləri tərəfindən çatdırılır". Fərəc Quliyev deyir ki, bundan sonra da 7 dəfə! araşdırma aparılıb, hər dəfə də araşdırma zamanı Türkelin əməlində CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmamması qənaətinə gəlinərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib: "Yuxarı orqanlar tərəfindən hər dəfə heç bir əsas olmadan təhqiqatların nəticəsini ləğv edib, yeni təhqiqat tələb etmək həm xüsusi qərəz, həm özünü təkzib, həm araşdırma aparmış bu orqanların iş və imicinə zərbə, həm də təhqiqat orqanlarına təzyiq və "mütləq cinayət işinə yol tap" göstərişi deyilmi? Bütün basqı və çətinliklərə baxmayaraq təhqiqat orqanları hər dəfə zabit və məmur şərəflərini qoruyaraq işə obyektiv baxaraq qərar veriblər. Baş Prokurora göndərdiyim sonuncu müracət Bakı Hərbi Prokurorluğuna göndərilmiş, Bakı Hərbi Prokurorluğunun mənə vediyi cavabda 03.09.2014-cü il tarixdə AR CPM-nin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında əsaslı və qanuni qərar qəbul edildiyi göstərilib. Lakin 17 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Şəfayət İmranov 03.09.2014-cü iltarixdə AR CPM-nin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında əsaslı və qanuni qərarı ləğv edərək AR CM-nin 263.1-1 maddəsi ilə cinayət işi başladılmasına qərar verib. 17 may 2016. tarixli Qərarın təsviri hissəsində cinayət işinin başlanılmasının rədd edilməsinə və cinayət işinin başlanılmasına səbəb olacaq heç bir əsas göstərilməyib. Yalnız İ.İsayevin verdiyi əsaslandırılmamış şikayət əsas kimi götürülüb. Cənab Ş.İmranov 7 dəfə aparılmış dövlət orqanlarının araşdırmalarından və bu araşdırmaların çoxsaylı arqumentlərindən, ekspert rəylərindən imtina ediləsi yeni halların olmamasına diqqət etməyib, şübhə və subyektiv əsaslarla qərar verib. Halbuki, AR CPM-nin 39.1.1 və 39.1.2 maddəsinə əsasən T.Fərəcoğlunun əməlində cinayət hadisəsi və cinayət tərkibi olmadığı dəfələrlə təsdiq olunub. AR CPM-nin 46.3 maddəsinə əsasən cinayət işinin başlanması üçün kifayət qədər dəlillər olmalıdır ki, 17.05.2016-cı il tarixdə belə əsaslandırma yoxdur. Həmçinin bu qərarda prosessual və maddi qanunvericiliyinin hər hansı tələbinin pozulması haqqında bir dənə də olsun fakt göstərilməyib. Görünür təhdidçilər 2014-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqinin saxta (ştatlı) şahidlərlə insanları şantaj edib böyük miqdarda pul qoparmaları və ACM-nin 182.3.2 və 309.2-ci maddəsi ilə 12 il azadlıqdan məhrum edildiyini unudublar. Bu işdə daha ciddi siyasi motivlər vardır və bu haqda müvafiq orqanlara müraciət göndərilib". Fərəc Quliyev onu da diqqətə çatdırıb ki, Türkel Fərəcoglu hadisə zamanı zərərcəkənə ilk tibbi yardım göstərib, onu xəstəxanaya çatdırıb: "Zərərcəkənə ilk tibbi yardım göstərib, xəstəxanaya çatdırmaq istənilən hadisə zamanı hər kəsin borcu olsa da ,sonrakı etapda səhlənkarlığı ucbatından xəsarət alan Afaq Süleymanovaya edilən yardimlar yalniz insani yanaşma idi. O, işə çıxana qədər bu yanaşma davam etdirildi.Bütün bu müddət ərzində İsa isayev yalniz təşəkkürlərini bildirib. Şikayətlər yalnız yuxarıda göstərdiyim müddətdən başlayıb. Əgər A.Süleymanovanın müalicəyə(dörd ildən sonara) yenə də ehtiyacı varsa ,ona müxtəlif vaxtlarda təklif olunan muayinələrdən qaçmamalı idi. İsa İsayevin muayinə və müalicələrdən qətiyyətlə imtina edib və yalnız pul tələb etməsi də onun yalnız şantaj yolunu seçdiyin göstərmirmi? Müayinə və müalicə təkliflərindən imtina etməsi, ona professor Paşa Qəlbinurun müayinə etməsi üçün vaxt ayırmasına baxmayaraq müayinədən yayınma, Turkiyədən gəlmiş professor Əhməd Məmişin muayinə və müalicə təklifindən qaçmaq epizodları çox mətləblərə aydınlıq gətirir. Bütün yuxarıda göstərilənlərə baxmayaraq 21 yanvar 2016-cı il tarixdə İsa İsayevi Bakı şəhər hərbi prokurorunun müraciəti ilə qəbul etdim. Bildirdim ki, baxmayaraq ki,Türkelin heç bir günahı yoxdur və ardıcıl şantaja məruz qalmışıq, amma yenə də insanlıq borcu olaraq, əgər A.Süleymanovanın müalicəyə ehtiyacı varsa hətta əməliyyat olunmasına da köməklik edərəm".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31