Uorlik: "Prezidentlərin görüşü Qarabağ münaqişəsi üzrə Çərçivə müqaviləsinin üzərində iş üçün şərait yaradacaq"
20 İyun 2016 12:00 Siyasət"Azərbaycan və Ermənistan prezidentləriİlham Əliyev və Serj Sarqsyanın bugünkü görüşü tərəflər arasında etimadın qurulmasına yardım edəcək və Dağlıq Qarabağ münaqişəsi üzrə Çərçivə müqaviləsinin üzərində iş üçün şərait yaradacaq".
Bunu ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.
Xatırladaq ki, iyunun 20-də Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanla Dağlıq Qarabağmünaqişəsinin həllini müzakirə edəcək. Görüşdə ATƏT Minsk qrupunun həmsədrləri iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31