AŞ PA-da Azərbaycanla bağlı məsələ müzakirə edilməyəcək
20 İyun 2016 11:49 Siyasətİyunun 20-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası öz işinə başlayır. "Olaylar" xəbər verir ki, sessiya çərçivəsində AŞPA Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Türkiyədə demokratik institutların fəaliyyəti, mədəniyyət və demokratiya, Avropa institutlarında şəffaflıq və açıqlıq, miqrantlara qarşı zorakılıq, gender bərabərsizliyinə qarşı mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq. Həmçinin, insan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlər seçiləcək. Sessiyada Yunanıstanın baş naziri Aleksis Sipras və Estoniyanın baş naziri Taavi Rıyvasın çıxışları nəzərdə tutulub. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat sessiyada iştirak etmək üçün Strasburqda səfər edib.Qeyd edək ki, gündəliyə Azərbaycanla bağlı məsələ daxil edilməyib. Sessiya öz işini iyunun 24-də yekunlaşdıracaq.