Almaniya Parlamenti

Almaniya Bundestaqı qondarma `erməni soyqırımı` ilə bağlı qətnaməni qəbul edib. Qeyd edək ki, qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır.

"Erməni soyqırımı" adlı absurd teatrının növbəti komediyası

Almaniya Bundestaqı qondarma `erməni soyqırımı` ilə bağlı qətnaməni qəbul edib.

Qeyd edək ki, qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması" adlanır.

Məsələyə Türkiyə ilə yanaşı Azərbaycanda da ciddi etiraz edilib. Siyasi və ictimai xadimlər, millət vəkilləri Almaniyanın bu addımı qətiyyətlə pisləyiblər. ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev deyib ki, bu faktor iki ölkə arasındakı münasibətlərə ciddi təsir edəcək: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Keniyadan vediyi açıqlama bu qərarın Almaniya və Türkiyə arasında əlaqələrə ciddi mənada təsir edəcəyini vurğulayıb. Eyni zamanda, Türkiyənin baş naziri Binali Yıldırım Almaniya Bundestaqının "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etməsinə reaksiya bildirib. O qeyd edib ki, Türkiyə əsla bu qərarı qəbul etmir. Əslində Prezident İlham Əliyev bir neçə ay öncə Almaniya Bundestaqının digər ölkələrin daxili işlərinə qarışmasını sərt şəkildə tənqid etmişdi. Bu bilavasitə prezidentin siyasi gedişatı necə dəqiq ifadə etməsini bir daha sübüt etmiş oldu. Bu qərar Türkiyəyə informasiya təzyiqi etmək üçün qəbul olunub. Türkiyə güclü və qüdrətli dövlətdir. Belə addımla Türkiyəni sarsıtmaq və qorxutmaq mümkün deyil. Amma bu ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək. Bundan sonra Angela Merkel Ərdoğana necə zəng edib, nəisə xahiş edəcək? Amma bundan sonra xahiş etməli çox şey olacaq. Bu məsələdə itirən Almaniya olacaq. Erməni dığalarına görə Türkiyə ilə münasibətləri gərginləşdirmək Almaniyanın siyasi mənzərəsini hansı səviyyədə olduğunu göstərdi. Hesab edirəm ki, biz də bu məsələdə Türkiyənin yanında olaraq öz mövqeyimizi nümayiş etdirməliyik. Almaniyanın erməni "sevdası" başlarında çatlayacaq"

Millət vəkili Əli Məsimli deyib ki, qardaş Türkiyəyə təzyiq vasitəsi kimi ortaya atılan "erməni soyqırımı" adlı absurd teatrının növbəti komediyası Almaniya Parlamentində baş tutdu: "Almaniya Parlamentinin qondarma "erməni soyqırımı" ilə əlaqədar qəbul etdiyi qətnamə həmin tarixi saxtakarlıq faktına Avropanın bir nömrəli ölkəsi olan Almaniyada onun Parlamenti səviyyəsində münasibətin bildirilməsi təəssüf doğurur. İndiyədək qondarma "erməni soyqırımı" kompaniyasına qoşulmuş digər ölkələrdə

olduğu kimi, bu qətnamə də əslinədə heç bir tarixi və hüquqi əsası və deməli reallaşma mexanizmi, Türkiyə üçün heç bir təsir gücü olmayan əhəmiyyətsiz ,amma qərəzli bir kağız parçasıdır. Bu qətnamə ilə genosidin ən dəhşətli nümunələrinin daşıyıcısı olan Almaniya özünü həmin kompaniyada iştirak edən digər ölkələrlə müqayisdə ikiqat urvatsız etdi". Millət vəkili deyib ki, bu qətnamə Türkiyənin getdikcə artan gücündən, onun perspektivlərindən qorxuya düşən və sən demə içərilərində daşımağa davam etdirdikləri faşizmin Xocalı soyqırımını törədən, ana və uşaq qatilləri olan erməni faşısminə dəstəyidir: " Bir qədər aşağı-bir qədər yuxarı olmaq şərtilə, Almaniya Avropa üçün Amerikanın dünya üçün oynadığı rolu oynayır.Almaniya öz çəkisinə heç cür uyğun gəlməyən belə ucuz bir kompaniyaya qoşulub, öz düşüncəsiz addımı ilə özünə böyük ziyan vurdu,nüfuzuna xələl gətirdi,ölkədaxili gərginliyə yeni amil qoşdu. Almaniya həmin qətnamə ilə özünü Türkiyə və Azərbaycan ictimaiyyətinin bu ölkəyə münasibətdə formalaşmış xoşməramlı münasibətini müsbətdən mənfiyə dəyişdirməkdədir. Bu qətnamənin qəbulu Türkiyə ilə Almaniya arsında siyası münasibətləri xeyli zədələdi, bəlkə də humanitar və iqtisadi münasibətlərə də mənfi təsir edəcək. Bu qətnamə ikili standartın yeni nümunəsi olmaqla, həm də Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına davamlı xarakter verilməsinə xidmət edir". Əli Məsimlinin sözlərinə görə, sözügedən qətnamə qondarma "erməni soyqırımı"nın növbəti komediyalarına yeni nəfəs, impuls verə bilər: "Qondarma "erməni soyqırımı"nın növbəti komediyalarının əhəmiyyıtsiz aksiyalara çevirməkdən ötrü, bu məsləyə soyuq başla zəruri tədbirlərin birləşdirilməsi yönümündən yanaşıb, Türk dövlətlərinin və diasporanın birgə fəaliyyətinin və fəallığının artırılması lazımdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31