Silahlı Qüvvələrin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
İyunun 6-dan 10-dək GürcüstanIN paytaxtı Tbilisi şəhərində mobil təlim qrupunun əsas əlaqələndirici zabitləri üçün "NATO-da informasiya və psixoloji əməliyyatlar" mövzusunda, eləcə də Avropa İttifaqının Şərq Tərəfdaşlığı dövlətləri üçün ümumi təhlükəsizlik və müdafiə siyasəti üzrə tanışlıq kursları keçiriləcək.
6 İyun 2016 12:05 Siyasətİyunun 6-dan 10-dək GürcüstanIN paytaxtı Tbilisi şəhərində mobil təlim qrupunun əsas əlaqələndirici zabitləri üçün "NATO-da informasiya və psixoloji əməliyyatlar" mövzusunda, eləcə də Avropa İttifaqının Şərq Tərəfdaşlığı dövlətləri üçün ümumi təhlükəsizlik və müdafiə siyasəti üzrə tanışlıq kursları keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, eyni tarixlərdə Birləşmiş Ştatların Kanzas ştatında "Saber Guardian 2016" təliminə hazırlıq tədbiri, Almaniyanın Oberammerqau şəhərində döyüş hazırlığı qiymətləndirmə kursu təşkil olunur. İyunun 6-dan 24-dək isə Pakistanın Kəraçi şəhərində standart əməliyyat taktikası kursu keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.