Ermənistanın nifrət ideologiyası nüvə şantajı qədər təhlükəlidir
25 May 2016 12:02 SiyasətErmənistanın nifrət ideologiyası nüvə şantajı qədər təhlükəlidir. İslam Konfransı Gənclər Forumundan (İKGF) "OLAYLAR"-a verilən xəbərə görə, bu sözləri İstanbulda keçirilən Ümumdünya Humanitar Sammitinin "Post-münaqişə zonalarında təhsil" mövzulu iclasında çıxış edən İKGF sədri Elşad İskəndərov bildirib. İclasda eyni zamanda İSESCO və İKGF-ni təmsil edərək çıxış edən Elşad İskəndərov deyib ki, hazırda UNESCO tərəfindən 42 ölkə silahlı münaqişə zonası kimi tanınıb. O, beynəlxalq ictimaiyyətin bu ölkələrdə yalnız gündəlik tələbat yardımları deyil, münaqişədən əziyyət çəkən gənclərin təhsil haqqının təmin olunması üçün də səylər göstərməsinin vacibliyini də vurğulayıb. Zirvənin açılışında Azərbaycan prezidenti İlham Əliyevin çıxışında səsləndirilən, Ermənistanın nüvə silahı şantajı haqqında çağırışını iclas iştirakçılarının diqqətinə bir daha çatdıran Elşad İskəndərov bildirib ki, Ermənistan rejimi kütləvi qırğın silahını istifadə edəcəyi bəyanatlarını verirsə, bunun səbəbini həmin ölkədəki rejimin insanlığa qarşı nifrət ideologiyası üzərində qurulmasında axtarmaq lazımdır: " Bu gün Ermənistanın təhsil müəssisələrindəki təbliğatında yeni nəslin zehni yalnız anti-Azərbaycan, anti-Türk düşmənçılıyı ilə deyil, həmçinin Türk irqinin genetik olaraq sivilizasiyaya uymadıgı kimi irqçı və İslamofob tezislər üzərində qurulmuş təbliğatla da doldurulur. Bu səbəbdən "Qarabağ klanı" kimi tanınan bu günkü rejimin banilərindən biri, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, Avropa Şurasının kürsüsündən belə azərbaycanlıların ermnilərlə genetik səviyyədə birgə yaşayış üçün uyğun olmadığı tezisini səsləndirib. Tarixə baxsag görərik ki, Hitlerin yəhudilərə, Akayesunun tutsi xalqına, Miloşeviçin Srebrenisa sakinlərinə və indiki Ermənistan prezidenti Sarqsyanın Xocalıdakı dinc azərbaycanlılalra qarşı törətdiyi soyqırımların arxasında eyni bənzər ideoloji xətlər dayanıb".