Yıldırımdan ilk Qarabağ BƏYANATI
25 May 2016 11:13 SiyasətTürkiyənin yeni baş naziri Binali Yıldırım Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. O, Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edərkən deyib ki, münaqişənin ədalətli həlli üçün əlindən gələni edəcək."İki ölkə arasında gərginliyin azaldılması və Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının azad edilməsi üçün səy göstərməliyik".O, Ermənistanla gələcəkdə qurula biləcək iqtisadi və siyasi əlaqələrdən də bəhs edib. Nazir Ermənistanla qarşılıqlı maraqlar və işbirliyi üçün açıq mühitin yaradılmasını gözlədiklərini deyib. "Həmçinin tarixin araşdırılmasını özündə əks etdirən qarşılıqlı münasibətlərin qurulacağına inanırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31