Həmməruzəçilər: "Araşdırma aparılmasa, bu hesabatlar inamsızlıq və gərginlik mənbəyi olaraq qalacaq"
24 May 2016 14:27 SiyasətAŞPA-nın Ermənistan üzrə həmməruzəçiləri, Böyük Britaniyadan olan deputat Alan Meale və İtaliyadan olan deputat Guiseppe Galatinin bu ölkəyə səfərlərinin yekunları ilə bağlı açıqlama yayıblar. "Olaylar" xəbər verir ki, açıqlamada həmməruzəçilər Dağlıq Qarabağ münaqişəsi zonasında aprel ayında hərbi əməliyyatların gərginləşməsindən narahatlıq ifadə ediblər. Onlar Azərbaycan və Ermənistan prezidentlərinin atəşkəs rejimini möhkəmləndirmək üçün mühüm olan insidentlərin araşdırılması mexanizmi ilə bağlı razılaşmasını alqışlayıblar: "Biz bu yaxınlarda baş vermiş hərbi toqquşmalar zamanı mümkün müharibə cinayətləri barədə ətraflı məlumatlandırılmışıq. Bu hesabatlar Minsk qrupu çərçivəsində tam və müstəqil şəkildə araşdırılmalıdır və onlar sübuta yetirildiyi halda, günahkar olanlar milli, beynəlxalq humanitar hüquqa görə cavab verməli və mühakimə edilməlidirlər. Əgər araşdırma aparılmasa, bu hesabatlar əvvəlki kimi münaqişə tərəfləri arasında inmasızlıq və gərginlik mənbəyi olaraq qalacaq".