Millət vəkili İƏT baş katibinin müavini ilə görüşüb

Milli Məclisin deputatı Qənirə Paşayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin müavini Mari Kiviniemi ilə görüşdə köçkün qadınlardan danışıb. "Olaylar" xəbər verir ki, Q.Paşayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin müavini, Finlandiyanın sabiq baş naziri Mari Kiviniemi ilə görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurası qətnamələrinin 20 ildən çoxdur, rəsmi İrəvan tərəfindən həyata keçirilməməsi və bunun nəticəsində öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərdən bəhs edib. Q.Paşayeva 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmədikləri üçün böyük sarsıntılar yaşayan 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün, 100 minlərlə qaçqın və məcburi köçkün qadının, köçkünlərin beynəlxalq təşkilatlardan onların Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpası istiqamətində öz səylərini daha da artırmasını gözlədiklərini diqqətə çatdırıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin müavini, Finlandiyanın sabir baş naziri Mari Kiviniemiyə Azərbaycanla bağlı məlumatlar verən millət vəkili ondan bir qadın kimi 20 ilə yaxındır ki, öz yurd-yuvasına dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkün qadınların Ermənistan tərəfindən pozulmaqda davam edən haqlarının bərpası, öz evlərinə dönə bilməsi istiqamətində öz səylərini daha da artırmasını xahiş edib. O, Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini və əməkdaşlığın genişlənməsinin hər iki tərəf üçün önəmini xüsusi vurğulayıb. Q.Paşayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin müavini, Finlandiyanın sabir baş naziri Mari Kiviniemiyə Qarabağ həqiqətlərini özündə əks etdriən "Azərbaycan Həqiqətləri" filmləri kataloqunu da təqdim edib. Görüş zamanı Q.Paşayeva Azərbaycanda qadın haqları, cəmiyyətdə qadınların rolunun artırılması istiqamətində görülən işlər barədə də məlumat verib və fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31