Qarabağ danışıqlarında "sıfır vəziyyəti" yaranacaq

"Azərbaycan və Ermənistan prezidentlərin iyun ayındakı görüşündə hansısa ciddi irəliləyiş olacağını düşünmürəm. Əksinə, fikrimcə, Qarabağ sülh prosesi xeyli müddətə uzanacaq. Faktiki olaraq tərəflər yenidən "sıfır vəziyyəti"nə qayıdacaq və qısa müdətdə bu "sıfır vəziyyət"indən hansısa çıxış, yaxud həll yolu olacağı inandırıcı deyil. Amma danışıqlar istənilən halda davam etdiriləcək..."

Bunu Milli.Az-a açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında cərəyan edən son hadisələri şərh edərkən "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Orucludeyib.

Cəbhədə ermənilər tərəfindən atəşkəs rejimini pozması hallarının nəzərəçarpacaq dərəcədə azalması məsələsinə gəlincə, o, qeyd edib ki, bunun səbəbi ilk növbədə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü və orada əldə olunan razılıqla bağlıdır: "Baxmayaarq ki, bu barədə heç bir tərəfdən açıq şəkildə bəyan olunmur, amma ehtimal etmək olar ki, orada tərəflər məhz atəşkəsin pozulmaması ilə bağlı üzərinə ciddi öhdəliklər götürüblər. Və bu mexanizm işləyir və şübhə yox ki, bir müddət də işləyəcək. Ona görə ki, artıq 2 böyük dövlət bu məsələdə vasitəçiliyi bilavasitə öz üzərinə götürüb. Məsələ artıq ATƏT-in Minsk qrupu həmsədrləri formatından çıxıb, artıq məhz ABŞ-Rusiya formatını alıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31