Qarabağ verilə bilməz, qaytarıla, azad oluna bilər
19 May 2016 12:19 Siyasət"Qarabağı verirlər"-azərbaycanlı üçün bundan alçaldıcı söz ola bilməz. Bunu dilinə gətirən adam ilk növbədə azərbaycanlı olaraq özünü təhqir edir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahıb Alıyev səsləndirib. O, bildirib ki, Qarabağ verilə bilməz, qaytarıla, azad oluna bilər: "Mən ermənilər "Qarabağı verməyə razıdırlar" sözlərini də eyni dərəcədə rədd edirəm. Qarabağ erməninin dədəsinin torpağı deyil ki, onu versin. Onlar bizim o torpaqlardan ya getməlidirlər, ya da yola salınacaqlar. Məsələ bu dərəcədə bəsitdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31