Qarabağ müharibəsi veteranlarının sosial vəziyyəti yaxşılaşdırılır
19 May 2016 11:19 SiyasətAzərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması" adlı layihə həyata keçirir. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, layihə çərçivəsində "Kompüter kursları"-na start verilib. Layihə çərçivəsində Bakı şəhərində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin ofisində kompüter kursları təşkil olunub. Layihə planına əsasən Bakı şəhərində 6 aylıq kompüter kursları təşkil edilir. Bu kurslarda iştirak edənlər üçün 6 ay müddətinə kompüter haqqında əsas anlayışlar - Windows əməliyyat sistemi, Microsoft Word, Microsoft Excel, Power point, Coreldraw, Adobe Photoshop programları tədris ediləcəkdir. Kursun sonunda müvəffəqiyyətlə imtahan verənlər sertifikatla təltif olunacaqlar. Bundan əlavə Respublikamızın digər rayonlarında da bu qəbildən olan insanlar və onların ailə üzvləri üçün vakant iş yerlərinə qəbul olunmaq üçün lazımi kurslar təşkil ediləcək.