Ermənistanın nüvə terroru
Dağlıq Qarabağda “nüvə zona"-larında Ermənistan Metasmor AES-in öz nüvə tullantıları çəllək formasında basdırlır
18 May 2016 12:53 SiyasətErmənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının regiona mümkün təhlükələri hər ötən gün artır. 4 günlük hərbi əməliyyatlar zamanı ciddi uğursuzluqla üzləşən işğalçı ölkənin Azərbaycanı atom bombası ilə hədələməsi və Tərtərə kimyəvi mərmilərin atılması isə Metsamor AES-in nə dərəcədə təhlükəli olduğunu ortaya qoyur. Dəfələrlə stansiyanın fəaliyyətinin normalara uyğun olmadığı, real təhlükə mənbəyinə çevrildiyi barədə araşdırmalar aparılsa da, lakin İrəvan AES-in fəaliyyətini davam etdirməkdə israrlı görünür.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin sözlərinə görə, Amerika Birləşmiş Ştatlarında kvant fizikası ilə məşğul olan professor A.Aqtarcanyan Ermənistanda çıxışı zamanı bildirib ki, ermənilər bütün tarix boyu kütləvi qırğın silahları istiqamətində həmişə axtarışda olublar: "Böyük Ermənistan" ideyasını illüziyadan həqiqətə çevirmək istiqamətində son şansımız nüvə silahlarının tapıntısı, istehsalı olacaq".
Zaur Əliyev deyir ki, Dağlıq Qarabağda "nüvə zona"-larında Ermənistan Metasmor AES-in öz nüvə tullantıları çəllək formasında basdırlır: "Xocalının ərazisində şimal-qərb hissəsində Kolataq, Seyidbəyli və Almalı kəndləri, Xəlfəli yaşayış məntəqəsi, Kiş yaşayış məntəqəsi və Əsgəran yaşayış məntəqəsində belə çuxurların sayı çoxdur. Cəbrayıl rayonunda 219 kvadrat kilometrlik sahədə tikanlı məftillə əhatələnən bir ərazidə radioaktiv tullantılar basdırlırıb. Ermənistanın Metsamor Nüvə Stansiyasında emal edilənlərin Qarabağın işğal olunan əazilərində basıdırılması və burda aparılan ekspimentlər təkcə Azərbaycana deyil, yaxın ərazilərə də öz mənfi təsirini göstərəcək". Zaur Əliyev qeyd edir ki, ermənilər tərəfindən 1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonunun işğalı zamanı nüvə döyüş başlıqlarının istifadəsinin nəticəsi kimi özünü biruzə vermişdi və ekspertlərin rəyi belədir ki, bu zəhərlənmiş zona ən azı iyirmi beş il ərzində təmizlənə bilər.(Rusiya Federasiyası Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu, "Messenger" 1997, 14 noyabr). Onun sözlərinə görə, Azərbaycanın işğal olunan Ağdərə rayonunda Drmbondakı dağ-mədən müəssisəsindən 2 km şimalda köhnə mədəndə artıq quyular qazılır və ətrafı da betonlanır: "Belə beton quyuların köhnə mədəndə qazılmasının bircə səbəbi var. Ermənistanın hakimiyyət dairələri radioaktiv tullantları burada basdırmaq istəyirlər. Bu məlumatı isə mətbuata erməni ekoloq Hayk Smbatyan verib. Onun dediyinə görə, uran-235 izotopunun parçalanması 700 milyon, uran-238 izotopunun radioaktiv bölünmə zamanı isə daha çoxdur. Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camal açıqlamasında isə yazır: "Ermənistan SSRİ-nin "nüvə klubu" sırasına aiddir. Erməni nüvə alimləri sovet nüvə kompleksinin nüfuzlu üzvlərindən olub. Üstəgəl, sovetlər dönəmində Ermənistanın nüvə silahı vardı. Həmin silahların Ermənistandan çıxarılmasına dair hər hansı fakt yoxdur. Bildiyimə görə, Sevan gölü yaxınlığında nüvə şaxtaları bu günə kimi fəaliyyət göstərir". 7 may 2002-ci il tarixdə Avropa Şurası Parlament Assambleyasına 9444 saylı sənədlə müraciət edən Azərbaycan rəsmiləri "Azərbaycan Respublikasının İşğal Olunmuş Ərazilərində Nüvə Texnologiyası və Nüvə Tullantıları" adlı bəyanatda qeyd edilir: "İşğal edilmiş ərazidə 29 nüvə mərkəzi vardır. Bu sahədə radiasiya və nüvə tullantıları 80 000 hektar kənd təsərrüfatı torpağını, 150 000 hektar meşəni, 22 000 hektar şəxsi sahələri və iki yaşayış qəsəbəsini zəhərlənib". Siyasi elmlər üzrə fəlsəfə doktoru qeyd edir ki, Ermənistanın "Razdanmaş", "Armavir", "Akopyan", "CakMacMetals" və "Vartaniol" Şirkətləri nüvə texnologiyalarını Dağlıq Qarabağdan keçirməklə İrana və İraqa ötürüblər: "Sonuncu şirkət, həmçinin, işğal edilmiş ərazidə "C-300" və "Tayfun" tipli raketlərin təkmilləşdirilməsi prosesinə cəlb edilib. Sankt - Peterburq Fizika İnstitutunun, Moskvanın Kurçatov adına Nüvə Texnologiyaları İnstitutunun və Minskin Nüvə Fizikası İnstitutunun laboratoriyaları Qarabağ dağlarında işləyirlər. Bu laboratoriyaların və Ermənistanın "Metsamor" atom stansiyasının nüvə tullantıları xüsusi çəlləklərdə Qarabağın dağlıq regionunda yerləşən Almalı, Kolataq və Seyidbəyli yaşayış sahələrində basdırılıb. Baham adalarında yerləşmiş olan "Union Atomic Garbage Plc" adlı atom tullantılarının yerləşdirilməsi üzrə podratçı şirkəti, Qarabağ dağlarında nüvə tullantılarının basdırılması üçün xüsusi beton çalalar tikib. 2012-ci ilin mart ayında Koreya Respublikasının paytaxtı Seul şəhərində Nüvə Təhlükəsizliyi Sammitində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasından olduqca narahatdır. Dövlət başçısı qeyd edib ki, Metsamor stansiyası bütöv region və yaxınlıqda olan qonşular üçün potensial fəlakət mənbəyidir. O, son illərini yaşayan reaktorun soyudulması üçün zəruri olan su resurslarının çatışmadığı yüksək dərəcəli seysmik zonada yerləşir".
Süleyman