Komitə sədri: Ermənilərin aprel döyüşlərində tarixi abidələrə və məscidlərə vurduğu ziyanın həcmi araşdırlır
18 May 2016 11:55 Siyasət"Ötən aprel ayında ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində tarixi abidələrə və məscidlərə dəymiş ziyanın həcmi araşdırılır". Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, bununla bağlı Komitə tərəfindən müvafiq qurumlara müraciət edilib: "Hazırda araşdırmalar aparılır. Bu proses başa çatdıqdan sonra yaşayış məntəqələrinin bərpası ilə yanaşı tarixi abidələrin, o cümlədən məscidlərin bərpası həyata keçiriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31