Oljas Süleymenov Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib
17 May 2016 18:15 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Oljas Süleymenovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, ədəbi-ictimai fəaliyyətində Azərbaycan həqiqətlərinin təbliği işində böyük xidmətlərinə görə Oljas Süleymenov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31