Fransadan Vyana görüşünə münasibət

Fransa hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada keçirilmiş beynəlxalq görüşün nəticələrini alqışlayır. Trend bildirir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Romen Nadal deyib.

O qeyd edib ki, Vyanada tərəflərin üzərinə götürdükləri öhdəliklər böyük əhəmiyyətə malikdir: "Fransa həmin öhdəliklərə əməl etməyə çağırır və Minsk qrupunun həmsədri qismində rusiyalı və amerikalı tərəfdaşları ilə vasitəçiliyini davam etdirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31