Erməni təcavüzü nəticəsində Ağdamın elektrik təsərrüfatına ciddi ziyan dəyib

Son hadisələr zamanı Ağdam rayonunda suvarma sisteminə də xeyli ziyan dəyib. Belə ki, erməni ordusunun yaşayış məntəqələrinə və əkin sahələrinə atdığı mərmilər nəticəsində suvarma sisteminə xidmət göstərən 34 subartezian quyusuna ziyan dəyib. Bundan başqa artezian quyularının işləməsində ən vacib rol oynayan elektirik təsərrüffatı da hadisələrdən ziyansız ötüşməyib. "OLAYLAR"-ın Ağdam Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, məlum hadisələr zamanı elektrik təsərrüfatına da ciddi ziyan dəyib. Belə ki, Ağdam rayonu ərazisində Əhmədağalı kəndində 250 kv saatlıq transvarmator, Sarıcalı kəndində 100 kv saatlıq transvarmator, Qaradağlı kəndində 4 Mv saatlıq transvarmator, 1000 metr elektrik xətti, 30 ədəd işıq dirəyi tamamilə sıradan çıxıb. Bütün sahələrdə dəymiş ziyan aradan qaldırılsa da, əkin sahələrinə dəyən ziyanın aradan qaldırılması məlum səbəblərdən hələ də mümkün deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31