Elmar Məmmədyarov Fransaya gedir

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfər edəcək.  Fransa Xarici İşlər Nazirliyinin  verdiyi məlumata görə, o, mayın 19-da Fransanın xarici işlər naziri Jan Mark Eyro və Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirlə görüşəcək. Görüşlərdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması  əsas müzakirə mövzusu olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31