Ermənistan “Qarabağ tələsinə” düşüb
Əli Məsimli: “Dördgünlük müharibə” Ermənistan cəmiyyətini parçaladı”
17 May 2016 12:48 SiyasətBu günlərdə Latviyada keçirilən "Baltik regionunda təhlükəsizlik: Cari vəziyyət və gələcək yol" konfransında iştirak edən Milli Məclisin üzvü, İqtisadi və Sosial İnnovsiyalar İnstitutunun rəhbəri Əli Məsimli konfransda " Dördgünlük müharibənin bəzi dərsləri və gələcək yol" haqqında çıxış edib. Konfrans axşamı Baltik Assambleyasının Prezidenti Yanis Vuçans Azərbaycan nümayəndə heyətinin şərafinə şam yeməyi verib və Əli Məsimli ilə Yanis Vuçans arasında aktual mövzular ətrafında maraqlı fikir mübadiləsi aparılıb. Görüş zamanı Yanis Vuçans Ermənisatanla Azərbaycan arasında "aprelin əvvəlllərindəki "dördgünlük mühaibə" və hazırkı durumla maraqlanıb. Əli Məsimli bildirib ki, regional təhlükəsizliyin ən vacib şərtlərindən biri həmin regionda olan dövlətlərin əlaqələrinin qarşılıqlı faydalılıq prinsipi əsasında genişləndirilməsi və dərinləşdirilməsi, çətin anlarda bir-birini fikirdə, sözdə və işdə dəstəkləməsidir. Millət vəkilinin sözlərinə görə, bu yol həm regiona kənar təsir imkanlarını əsaslı surətdə azaldır, həm də regon ölkələrinin ümumi tərəqqisinə və orada yaşayanların rifahına xidmət edir: "Latviya, Litva, Estoniyanın timsalında 3 Baltik ölkəsinin tətbiq etdikləri əməkdaşlıq modeli dediklərimizi xeyli dərəcədə təsdiq edir. Azərbaycan-Gürcüstan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qalxması, XXI əsrin iri layıhələrini həyata keçirməsi sahəsində nümayiş etdirdikləri işbirliyi göstərir ki, müstəqillik əldə etdikdən sonra Cənubi Qafqazın 3 respublikasının da ən yaxşı seçimi məhz qarşılıqlı faydalılıq prinsipi əsasında əlaqələri genişləndirib dərinləşdirməklə çox ciddi nəticələrə nail olması varintı ola bilərdi. Lakin çox təssüf ki, bu 3 respublikadan biri - Ermənistan tamamilə fərqli yol- forpostluq və ötən əsrin 80-cı illərin sonu 90-cı illərin əvvələrində yaranan şəraitdən sui-istifadə etməklə Azərbaycan ərazilərini işğal yolunu seçdi. Nəticədə Azərbaycan ərazisinin 20 faizi işğala məruz qaldı, iqtisasdi potensialının xeyli hissəsini itirdi, 1 milyona yaxın insan qaçqın və məcburi köçkün həyatı yaşamasına məhkum edilməklə böyük humanitar fəlakət yaşanıldı. Təəssüf ki, beynəlxalq aləmin bu qədər iri müqyaslı fəlakətə adekvat səviyyədə yetərincə fikir verməməsi, Ermənistanın cəzasızlıq şəraitində öz işğalçı siyasətini 20 ildən artqdır ki, davam etdirə bilməsinə şərait yaradıb. Amma Ermənistanın özü də Azərbaycan torpaqlarını işğal etməklə öz təcavüzkar siyasəti ilə geosiyasi oyunların bir həlqəsi olan "Qarabağ tələsinə" düşüb. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı onu təcrid vəziyyətinə salmaqla geosiyasi məğlubiyyətinə səbəb olub". Millət vəkili deyib ki, Ermənistan təcavüzkar siyasəti icbatından özünü Cənubi Qafqaz regionunda nəqliyyat və enerji layihələrində iştirakdan məhrum edib və bir dövlət kimi mövcudluğunu sual altına qoyan sonu görünməyən tənəzzül, deqradasiya ilə qarşılaşıb: "Danışıqların indiyəcən bir real nəticə verməməsinə gəldikdə isə bu, Ermənistanın status-kvonu daimi olaraq saxlamaq və deməli işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmamaq cəhdləri ilə bağlıdır. 20 ildən çoxdur ki,
danışıqlarda müsbət bir nəticə alınan kimi, Ermənistan həlledici anlarda həmişə təxribatlara əl atır, prosesi pozur. Gah belə bir sülh təşəbbüsündə olan birinci prezident Ter-Petrosyan hakimiyyətdən kənarlaşdırılır, gah Ermənistan Parlamenti gülləbaran olunur, ya da ki başqa bir bahanə tapılır. Bu hadisələrin hamısında yeganə məqsəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mümkün sazişin əldə olunmasına mane olunması və beləliklə status-kvonun qorunub saxlanması olub. Aydındır ki, Ermənistan tərəfindən aprelin əvvəlində təmas xəttindəki təxribat da danışıqlarda müsbət dinamikanın mümkünlüyünə xələl gətirmək məqsədi daşıyırdı. Ermənistanın müharibə partiyası və ona bənzər siyasi qüvvələr işğal olunmuş torpaqları azad etmək istəmir və onun bütün səyi maksimum dərəcədə status-kvonu saxlamaqdır". Əli Məsimli onu da diqqətə çatdırıb ki, amma "Dördgünlük müharibə" Ermənistan cəmiyyətini parçaladı: "Əgər Ermənistan Palamentinin bir deputatı işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılmsı məsələsini qaldıranları xain adlandırıb güllələməklə hədələyirsə, digər deputat həmin ərazilərin Azərbaycan torpağı olduğunu açıqca bildirir. Bunun epizodik olmaması göstərir ki, "Dördgünlük müharibə" təkcə beynəlxalq səviyyədə deyil, həm də Ermənistanın özündə də yeni situasiya yaradıb". Millət vəkilinin sözlərinə görə, hazırda regional güc tarazlığı və dünyada vəziyyət dəyişib: "Bu gün Azərbaycan təkcə iqtisadi və demoqrafik yox, həm də hərbi, cəmiyyətin monolotliyi, ordunun döyüş ruhu cəhətdən Ermənistandan qat-qat güclüdür. Bunu nəzərə alaraq getdikcə daha çox sağlam güşüncəli erməni ictimai xadimlər XX əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın seçdiyi yoldan çəkilməyin zəruriliyinə, xulyalar üzərində qurulan siyasətin perspektivsizliyinə inandırmağa, işğalçı siyasətə son qoymağa, cəmiyyəti Ermənistanın Cənubi Qafqaz regionundakı roluna yenidən baxmağa çağırırlar". Əli Məsimli, Azərbaycan cəmiyyətinin "Dördgünlük müharibə"yə münasibəti barədə sualı cavablandırarkən bildirib ki, bu olaylar Azərbaycan cəmiyyətinin birliyini gücləndirdi, monolitliyi daha da artdı: "Sosioloji sorğular da bunu təsdiq edir ki, sorğuda iştrak edənlərin 97 faizi Azərbaycan ordusunun cəbhə xəttindəki fəaliyyətini dəstəkləyir, hərbi fəaliyyətin davam etdirilməsini istəyir və inanırlar ki, hərbi fəaliyyət davam etsə, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edə biləcək". Millət vəkili Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi barədə danışarkən bildirib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Dağlıq Qarabağda və ətraf 7 rayonda mövcudluğu təmas xətti boyunca qeyri-sabitlik və davam edən qanlı hərbi qarşıdurmaların əsas səbəbidir: "Bununla yanaşı Ermənistan status-kvonu dəyişmək üçün beynəlxalq səylərə etinasızlıq göstərməkdə davam edir. Ermənistanın beynəlxalq ictimaiyyətə bu cür etinasızlığı şəraitində Qarabağ münaqişəsinin həlledilməz vəziyyətdə saxlanılması postsovet məkanı da daxil olmaqla dünyada bir neçə yeni "Qarabağın" da yaranmasına səbəb olacaq. Azərbaycan Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında ədalətli həllinin tərəfdardır. Xoş məram olsa, bu problemin həlli çox sadədir: Birincisi, Ermənistanın məlum dairələri Dağlıq Qarabağ haqqında uydurduqları yalandan əl çəkməli və bu torpaqlar tarixı yalandan təmizlənməli, buraların Azərbaycan əraziləri olması hamı üçün birmənalı anlama gətirilməlidir. Ermənilər Dağlıq Qarabağla bağlı qeyri-qanuni iddialarından imtina etməli, Ermənistan silahlı
qüvvələri Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş bütün Azərbaycan torpaqlarından çıxmalıdır. Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdır. İkincisi, Dağlıq Qarabağ Azərbaycana təzyiq və Cənubi Qafqaza təsir vasitəsi kimi düşünülmüş geopolitik oyunlar siyahısından çıxarılmalıdır. Üçüncüsü, Qarabağ ətrafında yaranmış stuasiyanın məntiqinə uyğun olaraq "Madrid prinsipləri"nin yeniləşdirilmiş variantının Helsinki Yekun Aktı ilə tamamlanması əsasında Azərbaycanın ərazi bütövlüyünə xələl gəlmədən Dağlıq Qarabağın statusu müəyyənləşməlidir. Yəni xalqların öz müqəddəratını təyinetmə prinsipi Helsinki Yekun Aktında əks olunduğu kimi, ölkəmizin ərazi bütövlüyünü pozmamalıdır. Yalnız bundan sonra regionda sülh və təhlükəsizlik təmin oluna bilər. Dağlıq Qarabağ münaqişəsinin Beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər qurumların müvafiq qərarlarına əsaslanan ədalətli və sürətli həlli post-sovet məkanının digər münaqişələrin ədalətli həlli üçün düz yol açar".
Füzuli