Deputatlarımız beynəlxalq tədbirə qatılacaqlar
17 May 2016 12:45 SiyasətMilli Məclisin deputatları Vüsal Hüseynov və Müslüm Məmmədov Avropa Şurası Parlament Assambleyasının Hüquqi İşlər və İnsan haqları komitəsinin iclasında iştirak etmək üçün İtaliyanın Roma şəhərinə səfər ediblər. Bu barədə MM-dən "Olaylar"a verilən məlumata görə, toplantıda İnsan haqları üzrə Avropa Məhkəməsi və beynəlxalq cinayət məhkəməsi ilə əməkdaşlığın gücləndirilməsi, Avropa İnstitutlarının şəffaflığı, saxlanılmış şəxslərin vəkillərlə sərbəst əlaqə saxlama imkanının artırılması və digər cari məsələlər müzakirə olunacaq. Deputatlarımız müzakirə edilən məsələlərə münasibət bildirəcəklər. Mayın 18-də isə deputat Vüsal Hüseynov Beynəlxalq Anti-Korrupsiya Akademiyasının İdarə heyətinin görüşündə iştirak etmək üçün Avstriyaya səfər edəcək. Səfər mayın 19-da başa çatacaq.