Metsamor dərhal bağlanmalıdır
17 May 2016 12:34 Siyasət"Türkiyənin İğdır şəhəri zəlzələ qurşağı bölgəsindədir. Baş verəcək bir zəlzələ nəticəsində İqdır və yaxın ətrafında heç bir canlı yaşamayacaq". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri İstanbul-Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu Metsamor AES-in mümkün təhlükələrindən danışarkən səsləndirib. Bildirib ki, aidiyyəti qurumların bu vəziyyətə səssiz qalmaması lazımdır: "Bunu soruşmaq lazımdır ki, Metsamor AES niyə İqdır sərhəddinə yaxın bir bölgədə inşa edilib. Çernobil fəlakətindən sonra AES çevrəsindəki məskunlaşma yerlərinin 80 faizi boşaldılıb. Niyə görəsən? Atom stansiyasının tullantıları hara axıdılmaqdadır? İllərdir yediyimiz tərəvəz meyvə və taxılda nə qədər kansoregen maddə var. Metsamor AES İğdırdan rahatlıqla görülə bilən bir məsafədədir. İqdırdan 16 kilometr məsafədə olan Metsamor AES bölgə xalqını narahat edir". Dərnək sədri deyir ki, stansiyada elektrik istehsal məqsədli WWER-440/230 tipi, hər birinin gücü 408 MW olan Armeniasnı və Armenaisisni olmaq üzrə 2 modul nüvə reaktoru var: "WWER-440/230 tipi stansiyalar 1950-ci illərdə hazırlanıb. Təhlükəsizlik baxımından RBMK (Çernobıl tipli) stansiyalardan sonra dünyanın ən problemli reaktorları olaraq bilinir. İqdırlılar, dünyanın ən köhnə texnologiyasıyla tikilən Metsamorun, bölgəyə ölüm gətirməsindən qorxurlar. Çox gec olmadan və göz görə-görə gələn bu təhlükəyə qeydsiz qalınmadan tədbir görülməlidir. Stansiyadan insan sağlamlığını ciddi şəkildə təhdid edən bir çox radioaktiv maddənin sızdığı şübhəsizdir". Səfər Karakoyunlu bildirib ki, bölgədə meydana gələ biləcək zəlzələ böyük bir fəlakətə yol aça bilər. Ona görə də Metsamor AES dərhal bağlanmalıdır.