“Azərbaycanla ABŞ arasında hava əlaqələrinin qurulmasına birtərəfli formada icazə vermişik”
17 May 2016 12:33 SiyasətOlaylar.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında çıxışında millət vəkili Siyavuş Novruzov deyib. S.Novruzov qeyd edib ki, Azərbaycan hökuməti ilə ABŞ hökuməti arasında hava nəqliyyatı haqqında sazişin təsdiq olunması zərurətdir:
"11 sentyabr terrorundan sonra beynəlxalq terrorizmlə mübarizəyə qoşulan Azərbaycan ABŞ təyyarələrinin öz hava məkanından keçməsinə icazə verib. ABŞ təyyarələri yük və sərnişindaşımaları üçün Azərbaycanın hava məkanından istifadə edir. Bu, saziş isə beynəlxalq əhəmiyyət daşıdığından onu qanunla dəyişdirmək mümkün deyil. Yalnız tərəflər müqavilədə birtərəfli qaydadabşərt qoya bilərlər. Necə ki, Azərbaycan Ermənistanla bağlı beynəlxalq sənədlərdə şərt qoyur. ABŞ-la iqtisadi, siyasi və strateji əməkdaşlıq davam etdirilməlidir".