Elmar Məmmədyarov: “Danışıqlar tez bir zamanda başlamalıdır”
17 May 2016 12:02 Siyasət"Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrovun qiymətləndirməsi ilə razıyam ki, dünən keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır". Məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov KİV-ə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31