Gələn ay Qarabağın yekun həlli üçün danışıqlara başlanacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşünün yekunları barədə jurnalistlərə açıqlama verib.

bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan iyunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələr aparmaq üçün növbəti görüşün yeri və vaxtı barədə razılığa gələcəklər.

Lavrovun sözlərinə görə, Əliyev və Sarkisyan iyun ayında Qarabağ münaqişəsinin yekun həlli üçün iyunda növbəti görüşün yeri və vaxtı ilə bağlı razılığa gələcək.

"Bu gün Avstriyanın paytaxtında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan prezidentlərinin 3+2 formatında görüşü, həmçinin Suriyaya Dəstək Beynəlxalq Qrupunun iclası keçirilib. Danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər", - Lavrov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31