Əliyev, Sarkisyan və Mogerini arasında məsləhətləşmələr başladı
16 May 2016 21:18 Siyasət"Sergey Lavrov, Con Kerri və Jan-Mark Eyro İlham Əliyev və Serj Sarkisyanla bir otaqda olacaqlar, danışızlar aparacaqlar", - bunu "Azadlıq" radiosunun erməni redaksiyasına müsahibəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
* * *20:49
Avropa diplomatiyasının rəhbəri Federika Mogerini Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə görüş keçirir.
Virtualaz.org bildirir ki, bu barədə TASS agentliyinə nümayəndə heyətlərindən birindəki mənbə xəbər verib.
"İki ölkənin prezidentlərinin ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri ilə danışıqları öncəsində Mogerini Əliyev və Sarkisyanla görüşür", - mənbə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31